“İsrail hökuməti Qətərin “Əl-Cəzirə” telekanalının ölkədəki yayımını dayandırmaq qərarına gəlib”.
Tehsil.biz Gazeta.ru-ya istinadən xəbər verir ki, bu barədə baş nazir Benyamin Netanyahunun “X” sosial şəbəkəsində (keçmiş “Twitter”) səhifəsində dərc edilmiş bəyanatda deyilir.
“Başçılıq etdiyim hökumət yekdilliklə qərar verdi: İsraildə təxribat xarakterli “Əl-Cəzirə” kanalı bağlanacaq”, - mətndə deyilir.
Bundan əvvəl İsrail Knesseti (parlamenti) ikinci və üçüncü yekun oxunuşlarda ölkədə “düşmən mediasının” bağlanmasına icazə verən qanunu təsdiqləyib.