Logo

Quba Regional Elmi Mərkəzinin Kitabxanasının açılışı olub - FOTO

05.05.2024 21:00 125 baxış
IMG

AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli Akademiyanın Quba Regional Elmi Mərkəzində olub. O, səfər çərçivəsində mərkəzin iş şəraiti ilə tanış olub və gələcək fəaliyyəti İlə bağlı tövsiyələrini verib.

Akademiyadan "Tehsil.biz"ə bildiriblər ki, Quba Regional Elmi Mərkəzinin kollektivi ilə keçirilən görüşdə AMEA-da həyata keçirilən və nəzərdə tutulan genişmiqyaslı tədbirlər, nəşr edilən kitablar barədə məlumat verən akademik İsa Həbibbəyli qarşıda duran vəzifələr barədə danışıb. Ümummilli Lider Heydər Əliyevin müstəqil dövlətçilik ideallarına, Prezident İlham Əliyevin yürütdüyü daxili və xarici siyasətə, eləcə də müasir dünya elminin çağırışlarına uyğun olaraq Milli Elmlər Akademiyası sistemində aparılan islahatları diqqətə çatdıran İsa Həbibbəyli Quba Regional Elmi Mərkəzinin yenidən qurulmasının AMEA-da aparılan islahatların tərkib hissəsi olduğunu deyib.

Sonra çıxış edən Quba Regional Elmi Mərkəzinin direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru Teyyub Şükürov mərkəzin fəaliyyəti ilə bağlı hesabat verib, müəssisənin fəaliyyətinin yenidən təşkilinə, əməkdaşlarına daim göstərdiyi diqqət və qayğıya görə minnətdarlığını bildirib.

Sonra AMEA-nın prezidentinin iştirakı ilə Quba Regional Elmi Mərkəzinin Kitabxanasının (MEK) açılışı olub.

AMEA-nın Mərkəzi Elmi Kitabxanası tərəfindən təqdim olunmuş kitablar vasitəsilə Mərkəzin kitabxanasının ilkin bazası formalaşdırılıb.

Akademik İsa Həbibbəyli Quba Regional Elmi Mərkəzinin Kitabxanasının zəruri kitab, monoqrafiya, jurnal və digər elmi informasiya vasitələri İlə təmin edilməsinə dair tapşırıqlar verib.

Həmçinin mərkəzin kadr potensialının inkişaf etdirilməsi barədə əməkdaşlarla müzakirələr aparılıb, Akademiyanın doktorantura və dissertanturasında təhsilini davam etdirmək istəyən gənclərə tövsiyələr verilib.

İsa Həbibbəyli, həmçinin doktorantura və dissertanturada təhsilini davam etdirmək istəyən gənclərin təlimatlandırılması, onların sənədlərinin təqdimatı ilə bağlı metodiki köməyin göstərilməsi barədə tapşırıqlar verib.

Xəbər lenti