Logo

Azərbaycan dili, tarix və fizika fənləri üzrə olimpiadaların nəticələri açıqlanıb

06.05.2024 17:55 166 baxış
IMG

Azərbaycan dili, tarix və fizika üzrə respublika fənn olimpiadalarının final turunun yekun nəticələri elan edilib.

Təhsil İnstitutundan "Tehsil.biz"ə bildirilib ki, şagirdlər portal.edu.az platformasında şəxsi kabinetlərinə daxil olaraq yekun nəticələr ilə tanış ola bilərlər.

Belə ki, hər iki yaş qrupu üzrə 1-5 və 5-ci yerlə eyni nəticəni göstərən şagirdlər qızıl, 6-15 və 15-ci yerlə eyni nəticəni göstərən şagirdlər gümüş, 16-30 və 30-cu yerlə eyni nəticəni göstərən şagirdlər isə bürünc medala layiq görülüblər.

Xəbər lenti