Qəzza sektorunda baş verənləri işıqlandıran fələstinli jurnalistlər mətbuat azadlığı sahəsinə töhfələrinə görə 2024-cü il UNESCO/Guillermo Cano mükafatının qalibləri seçiliblər.
Tehsil.biz xəbər verir ki, bu barədə UNESCO-nun məlumatında deyilir.
Bildirilib ki, seçim media peşəkarlarından ibarət beynəlxalq münsiflər heyətinin tövsiyəsi əsasında baş tutub.
Mükafatların təqdimetmə mərasimi Çilinin paytaxtı Santyaqoda keçirilən Ümumdünya Mətbuat Azadlığı Konfransı çərçivəsində baş tutacaq.