Logo

BDU-da ASEAN Parlamentlərarası Assambleyanın nümayəndə heyəti ilə görüş keçirilib - FOTO

04.05.2024 20:00 182 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının (ASEAN) Parlamentlərarası Assambleyasının nümayəndə heyəti ilə görüş keçirilib.

BDU-dan "Tehsil.biz"ə bildirilib ki, görüşdə ASEAN Parlamentlərarası Assambleyasının Baş katibi Siti Rozaimeriyanti təşkilatın fəaliyyəti haqqında məlumat verib. Baş katib təşkilatda elmi tədqiqatlar və ali təhsil sahəsində həyata keçirilən layihələr haqqında danışıb. Daha sonra tərəflər qarşılıqlı əməkdaşlığın perspektivlərini, ASEAN ölkələrinin elm-təhsil mərkəzləri ilə BDU arasında tərəfdaşlığa dair imkanları müzakirə ediblər.

Görüşdən sonra Baş katib Siti Rozaimeriyanti tələbələrə “ASEAN-ın fəaliyyəti və onun regionda rolu” mövzusunda mühazirə oxuyub və onların suallarını cavablandırıb.

Xəbər lenti