“Google” rəsmi hökumət proqramlarını müvafiq etiketlə işarələməyə başlayıb.
Tehsil.biz xarici KİV-ə istinadən xəbər verir ki, tətbiqin rəsmi mənşəyini təsdiqləmək üçün yükləmə düyməsinin yanında “Government” və ya “Dövlət Qurumu” qeydinin olmasına diqqət edilməlidir.
Hazırda yenilik Avstraliya, Braziliya, Böyük Britaniya, Almaniya, Hindistan, İndoneziya, Kanada, Meksika, ABŞ, Fransa, Cənubi Koreya və Yaponiyada hökumət proqramları üçün işləkdir. Müvafiq işarəni NASA, FEMA, IRS2Go və başqalarının tətbiqlərində tapmaq olar.