Logo

Fəlsəfə və Sosiologiya İnstitutunun doktorantları üçün mühazirə keçirilib

06.05.2024 20:35 244 baxış
IMG

Mayın 6-da AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun doktorantları üçün “Heydər Əliyev siyasi irsinin etik və sosial-psixoloji aspektləri” mövzusunda mühazirə keçirilib.

AMEA-dan "Tehsil.biz"ə bildirilib ki, tədbir Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilib.

Tədbirdə çıxış edən Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru professor İlham Məmmədzadə Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın müasir simasının, xalqımızın zəngin dəyərlərinin tanıdılması və ölkəmizin beynəlxalq münasibətlər sistemində layiqli mövqe qazanmasında müstəsna rol oynamasından danışıb. “Bütün dünyada xalqımızı vahid amal ətrafında birləşdirən azərbaycançılıq ideologiyasının formalaşdırılması, ana dilinin dövlət qayğısı ilə əhatə olunması, ictimai-siyasi, elmi və mədəni fikir tariximizin əlamətdar hadisələrinin müntəzəm qeyd edilməsi ənənəsinin yaradılması, Azərbaycanın çoxəsrlik mənəvi-mədəni irsə sahib qədim diyar və sivilizasiyaların qovşağında yerləşən tolerantlıq məkanı kimi geniş şöhrət qazanması Heydər Əliyevin mükəmməl quruculuq proqramının tərkib hissələri olmuşdur”, - deyə professor vurğulayıb.

Sosial psixologiya şöbəsinin müdiri siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent, gənc alim Günel Məlikli isə mövzu ilə bağlı mühazirəsində liderlik psixologiyası probleminin tədqiqat üçün vacib aspekt olduğunu söyləyib. O, liderlik probleminin sosial-psixoloji elmdə həmişə böyük maraq doğurmasından, müxtəlif dövrlərdə alimlərin liderlik problemini və onun sosial rolunun müəyyən olunmasını tədqiq etməsindən danışıb. Eyni zamanda, Ulu Öndər Heydər Əliyevin psixoloji keyfiyyətlərinin onun siyasi fəaliyyətini tamamladığını bildirilib.

“Ulu Öndər Heydər Əliyevin şəxsiyyətinin psixoloji təhlili aşkar edir ki, onun zəngin irsinin tədqiqi təkcə bu gün üçün deyil, həm də gələcək nəsillərə töhfədir. Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi siyasətin nəticəsidir ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi Qələbəmizi qazandıq”, - deyə Günel Məlikli vurğulayıb.

Xəbər lenti