Logo

Kolumbiya Universiteti tələbə etirazları fonunda bayram tədbirini ləğv edib

06.05.2024 22:14 263 baxış
IMG

Polisin keçən həftə Fələstinə dəstək məqsədi ilə keçirilən tələbə nümayişini dağıtdığı Kolumbiya Universitetinin rəhbərliyi mayın 15-nə planlaşdırılan universitetin bayram tədbirini ləğv etmək qərarına gəlib.

Tehsil.biz TASS-a istinadən xəbər verir ki, bu barədə universitet rəhbərliyinin məlumatında deyilir.

Bunun yerinə fakültələr səviyyəsində ayrı-ayrı tədbirlər keçiriləcək.

“Dekanlarımız və tələbələrlə birbaşa işləyən digər həmkarlarımız planları tələbə liderləri ilə müzakirə ediblər və ən əsası onları dinləyiblər. Onların rəylərinə əsasən, mayın 15-nə planlaşdırılan universitet miqyasında bayram tədbirlərini keçirməkdənsə, tələbələrin fərdi qaydada mükafatlandırıldığı fakültə səviyyəsində buraxılış tədbirlərinə üstünlük vermək qərarına gəldik”, - universitet rəhbərliyinin açıqlamasında deyilir.

Universitet rəhbərliyinin dediyinə görə, tələbələr daha kiçikmiqyaslı fakültə qeydetmələrinin həm tələbələr, həm də mərasimlərdə iştirak edən ailələri üçün daha böyük önəm daşıdığını vurğulayıblar.

Bəyanatda deyilir ki, universitet bayram tədbirini məzuniyyət gecəsinin yerinə keçirməyi düşünür.

Xəbər lenti