Logo

AMEA əməkdaşları Türkiyədə beynəlxalq tədbirdə iştirak ediblər

17.05.2024 21:30 186 baxış
IMG

Türkiyə Cümhuriyyətinin Daxili İşlər Nazirliyinin Jandarma və Sahil Təhlükəsizliyi Akademiyası tərəfindən Ankara şəhərində növbəti Beynəlxalq Təhlükəsizlik Simpoziumu keçirilib.

Tehsil.biz xəbər verir ki, simpozium “1923-cü ildən 2023-cü ilə qədər Türkiyə əsrində təhlükəsizlik perspektivləri” mövzusuna həsr edilib. Elmi toplantıda 5 ölkədən 170 alim və tədqiqatçının müəllifi olduğu 126 məruzə dinlənilib. Məruzəçilər 52 universitet, 76 tədqiqat institutu, dövlət orqanları və digər təşkilatları təmsil ediblər.

AMEA-nın Qafqazşünaslıq İnstitutunun Ermənişünaslıq şöbəsinin müdiri tarix üzrə fəlsəfə doktoru, dosent Elnur Kəlbizadə Şərqşünaslıq İnstitutunun kiçik elmi işçisi Aytən Rəhimova ilə birlikdə “Ermənistan-İran kiberəməkdaşlığı” mövzusunda məruzə ediblər. Professor-doktor Nərgiz Cantürkün sədrliyi ilə keçirilən ikinci sessiyanın ikinci iclasında E.Kəlbizadə Ermənistan və İran arasında kiberəməkdaşlığın hüquqi bazası, mövcud vəziyyəti, yaratdığı təhdidlər, mümkün inkişaf istiqamətləri, problemləri ilə bağlı tədqiqatlarının nəticələrini təqdim edib, Şərqşünaslıq İnstitutunun kiçik elmi işçisi Aytən Rəhimova isə “İran kiber gücü” haqqında danışıb. Məruzə iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Məruzəçilərə Türkiyə Cümhuriyyəti Daxili İşlər Nazirliyinin Jandarma və Sahil Təhlükəsizliyi Akademiyasının sertifikatı Təhlükəsizlik Elmləri Fakültəsinin dekanı professor-doktor Osman Köse tərəfindən təqdim edilib.

Xəbər lenti