Logo

Milli Kitabxanada Salman Mümtaz haqqında virtual və ənənəvi sərgi təqdim olunub

19.05.2024 10:53 401 baxış
IMG

Milli Kitabxanada “Ədəbiyyatşünas alim Salman Mümtaz” adlı virtual və ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub

Kitabxanadan "Tehsil.biz'ə bildirilib ki, sərgi Salman Mümtazın anadan olmasının 140-cı ildönümü münasibətilə təşkil edilib.

Virtual sərgidə Salman Mümtazın nəşr etdirdiyi əsərləri, fotoları, onun yaradıcılığı haqqında ədəbiyyatlar nümayiş olunur. Ənənəvi sərgidə ədəbiyyatşünas alimin əsərləri, onun həyatı və ədəbi fəaliyyətindən bəhs edən kitablar Azərbaycan və müxtəlif dillərdə nümayiş olunur.

Sərgi bir həftə davam edəcək.

Xəbər lenti