Logo

Mədəniyyət Nazirliyinin tabeliyindəki müəssisələrin rəhbərləri üçün təlimlər yekunlaşıb - FOTO

17.05.2024 18:20 166 baxış
IMG

Xəbər verdiyimiz kimi, 13–17 may tarixlərində Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin tabeliyində olan musiqi, incəsənət məktəb və mərkəzlərinin direktor və direktor müavinləri üçün Mədəniyyət Nazirliyi tərəfindən təlim təşkil olunub.

Nazirlikdən "Tehsil.biz"ə verilən məlumata görə, təlimlər Vaqif Mustafazadə adına 2 nömrəli Uşaq incəsənət məktəbində keçirilib.

Ümumilikdə, 70 nəfər olmaqla 6 qrup üzrə təşkil edilən təlim “İdarəçinin düşüncə tərzi", "Effektiv ünsiyyət", "Emosional zəka", "Liderin 4 xüsusiyyəti", "SWOT analiz və planlaşdırma" və "Vaxtın idarə edilməsi" mövzuları ilə 5 istiqamət üzrə aparılıb.
Təhsildə Araşdırma və İnkişaf Mərkəzinin mütəxəssisləri tərəfindən həyata keçirilən təlimdə iştirakçılar müxtəlif praktik işlərə cəlb olunub, kollektivin idarə edilməsində səmərəliliyin artırılması ilə bağlı məlumat əldə ediblər.

Beş gün davam edən layihədə tapşırıqların analizi və effektivliyinin nəzəri cəhətdən səmərəliliyi müzakirə olunub. Musiqi, incəsənət məktəb və mərkəzlərinin direktor və direktor müavinləri təlimçilərlə mövzular üzrə fikir və düşüncələrini bölüşüblər. Təlimlərin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.

Qeyd edək ki, təlimlər Prezident İlham Əliyevin 2022-ci il 22 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” üzrə Tədbirlər planının müvafiq yarımbəndinə əsasən təşkil olunub.

Təlimlər müasir dünya təcrübəsi əsasında, yeni dövrün tələblərinə uyğun rəhbər vəzifəli şəxslərdə peşəkar idarəetmə biliklərinin artırılması, onlara məsul olduğu proseslər və tabeliyində olan işçilərin daha effektli idarə edə bilmə səriştələrini, məktəb idarəetməsində müasir yanaşmalar, mədəniyyət və yaradıcılıq sahələrində idarəetmə bacarıqlarının təkmilləşdirilməsi, həmçinin güclü və zəif tərəfləri, imkanları və təhdidləri müəyyənləşdirmək kimi məsələləri özündə ehtiva edir.

Mədəniyyət Nazirliyinin tabeliyindəki müəssisələrin rəhbərləri üçün təlimlər yekunlaşıb

Mədəniyyət Nazirliyinin tabeliyindəki müəssisələrin rəhbərləri üçün təlimlər yekunlaşıb

Mədəniyyət Nazirliyinin tabeliyindəki müəssisələrin rəhbərləri üçün təlimlər yekunlaşıb

Mədəniyyət Nazirliyinin tabeliyindəki müəssisələrin rəhbərləri üçün təlimlər yekunlaşıb

Xəbər lenti