Logo

BSU tələbələri Moskvada keçirilən beynəlxalq tədbirdə iştirak ediblər - FOTO

18.05.2024 20:43 220 baxış
IMG

Bakı Slavyan Universitetinin (BSU) Xarici dili müəllimliyi (rus dili) ixtisası üzrə təhsil alan tələbəsi Əhmədova Lətifə Natiq qızı və İbtidai sinif müəllimliyi ixtisası üzrə təhsil alan tələbəsi Əlizadə İlqarə İlqar qızı Rusiya Federasiyasının Moskva şəhərində yerləşən Patris Lulumba adına Rusiya Xalqlar Dostluğu Universiteti tərəfindən keçirilən “Rəqəmsal dövrdə mütəxəssisin informasiya və kommunikasiya mədəniyyəti” adlı beynəlxalq tələbə layihə sessiyasında iştirak ediblər.

BSU-dan "Tehsil.biz"ə bildirilib ki, tələbələr sessiyada “Rus dilinin xarici dil kimi tədrisi prosesində informasiya və kommunikasiya mədəniyyətinin tədrisi” (L.Əhmədova) və “Şəbəkələşmiş peşəkar və biznes məkanında rus dilinin rolu” (İ.Əlizadə) adlı mövzularda tezislərlə çıxış ediblər.

Layihə sessiyasının keçirilməsinin əsas məqsədi rəqəmsal dünyada tələbələrin informasiya və kommunikasiya mədəniyyətinin formalaşmasına xidmət edən peşəkar və biznes məkanında problemlərin səmərəli həlli yollarına həsr olunmuş aktual məsələlərin müzakirəsi ilə davam edib.

Xəbər lenti