Logo

Alimlərin sintez etdiyi yeni maddələr Altsheymerin və şəkərli diabetin müalicəsində istifadə olunacaq - FOTO

17.05.2024 19:38 235 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsinin professoru İbrahim Məmmədov və dosenti Fərid Nağıyev, Türkiyənin Bartın Universiteti və Bezmialem Vakıf Universitetinin əməkdaşları Parham Taslimi, Nastaran Sadeghian, Halil Şenol və Rusiya Xalqlar Dostluğu Universitetinin professoru Viktor Xrustalyovun həmmüəllifi olduqları “Yeni tetrahidro-izoxinolin törəmələri xolinesteraza və α-qlikosidaza inhibitorları kimi: sintezi, xassələri, molekulyar dokinq və dinamikası, ADME proqnozlaşdırılması, in vitro sitotoksiklik və enzim inhibitoru tədqiqatları” adlı məqalə Q1 kateqoriyalı “Journal of Molecular Liquids” jurnalında dərc olunub.

Bu barədə "Tehsil.biz"ə BDU-dan məlumat verilib. Bildirilib ki, təqdim olunan işdə xalkonlar və asetoasetanilid əsasında BDU-da sintez olunan yeni izoxinolin törəmələri Altsheymer və şəkərli diabet xəstəliklərinə qarşı sınaqdan keçirilib və daha effektiv təsir göstərməsi müəyyən olunub. Tədqiqatların nəticələri göstərib ki, bu birləşmələr insan orqanizmində endotel (HUVEC), embrion böyrək (HEK-293) və bronxial epitel hüceyrələrinə (BEAS-2B) qarşı ən aşağı toksiklik nümayiş etdirir.

Tədqiqatların daha bir maraqlı tərəfi isə eyni maddənin R və S optiki izomerlərindən yalnız birinin dərman kimi effektiv olmasını göstərməsidir.

Xəbər lenti