Logo

AMEA prezidenti ilə mədəniyyət naziri görüşdülər - FOTO

16.05.2024 20:32 188 baxış
IMG

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli mədəniyyət naziri Adil Kərimli ilə görüşüb.

Bu barədə "Tehsil.biz"ə AMEA-dan bildirilib.

Rəyasət Heyətində keçirilən görüşdə alimlərin AMEA-da təşkil edilən rəsm sərgiləri, elmi idrakla bədii düşüncənin qarşılıqlı əlaqələrinə həsr edilmiş “Fizika və lirika” konfranslarından danışılıb, AMEA ilə Mədəniyyət Nazirliyinin qarşılıqlı əməkdaşlıq əlaqələri, həyata keçirilən müştərək tədbir və layihələr, qarşıda duran vəzifələr, elektron kitabxana və muzey işinin təşkili və s. istiqamətlərdə geniş müzakirələr aparılıb.

Daha sonra mədəniyyət naziri Adil Kərimli AMEA-nın yeni loqotipinin - embleminin hazırlanması üçün elan edilmiş müsabiqəyə təqdim edilən layihələrlə tanış olub.

Akademik İsa Həbibbəyli nazir Adil Kərimliyə AMEA-da nəşr olunmuş “Azərbaycan muğamı miniatürlərdə” kitabını hədiyyə edib.

Görüşdə mədəniyyət nazirinin müavini Fərid Cəfərov, Milli Kitabxananın direktoru professor Kərim Tahirov və AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinə müdiri dosent Ağahüseyn Şükürov da iştirak ediblər.

Xəbər lenti