Bu gün Əfqanıstanın hakimiyyət orqanları Mərkəzi Əfqanıstanda məktəbdə 64 məktəbli qızın və 15 qadın müəllimin zəhərlənmə faktını təsdiqləyiblər.
Tehsil.biz xəbər verir ki, qadınların naməlum maddə ilə zəhərlənməsi mayın 16-da Daykondi əyalətinin Kiti rayonundakı məktəbdə baş verib. Bu barədə Taliban hökumətinin informasiya və mədəniyyət üzrə departamentinin direktoru Mustafa Saleh məlumat verib.
Analoji epizod Əfqanıstanda 2023-cü ilin iyununda da baş vermişdi. O vaxt ölkənin şimalında yerləşən iki məktəbdə azı 82 məktəbli qız, eləcə də 8 müəllim və iki qapıçı zəhərlənmişdi.
2021 ilin avqustundan, Taliban hakimiyyətə gələn andan əfqan qadınlarının hüquqları ciddi şəkildə pozulur.
O vaxtdan fundamentalistlər qadınların orta və ali təhsil almasına qadağa qoyub, onları üzlərini örtməyə məcbur edir və yalnız ailə üzvü olan kişilərdən birinin müşayiəti ilə küçələrə çıxmalarına icazə verilir.