Logo

Polşa universitetinin professoru BAAU-da mühazirə deyib - FOTO

17.05.2024 12:21 161 baxış
IMG

Sileziya Texnologiya Universitetinin professoru Aleksandr Sladkovski Erasmus+KA171 proqramı çərçivəsində Bakı Avrasiya Universitetində (BAAU) olub.

Tehsil.biz xəbər verir ki, qonağı universitetin Beynəlxalq əlaqələr üzrə prorektoru dos. Səyavuş Qasımov qəbul edib.

Görüşdə əməkdaşlığın inkişaf etdirilməsi, ikili diplom proqramları, akademik mobillik, birgə elmi tədqiqatların aparılması istiqamətində müzakirələr aparılıb.

Daha sonra A.Sladkovski BAAU-nun tələbə və doktorantlarına “Logistika və nəqliyyat problemləri” mövzusunda mühazirə deyib.

Görüş interaktiv şəkildə keçib, professor tərəfindən tələbələrin sualları cavablandırılıb.

Xəbər lenti