Hacıqabulda “Toyota Prado” markalı avtomobil idarəetməni itirərək uşaq bağçasının divarına çırpılıb.
Tehsil.biz xəbər verir ki, hadisə Hacıqabul şəhərində baş verib.
Qəza nəticəsində avtomobildə olan Şirvan sakinləri - 1986-cı il təvəllüdlü Ramil Nurəddin oğlu Əsgərov və 1994-cü il təvəllüdlü İlqar Elşən oğlu Cəfərov xəstəxanaya yerləşdiriliblər.
Ramil Əsgərov bir müddət sonra aldığı xəsarətlərdən dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Kənan Nağıbəyli