Mayın 17-də Milli Azərbaycan Tarixi Muzeyində Qərbi Azərbaycanın Qarakilsə rayonunun Dəstəgird icmasına həsr olunmuş “Baba yurdunun fotohekayəsi” adlı fotosərgi keçiriləcək. Sərgi Dəstəgird icması və Azərbaycan Fotoqrafları Birliyi tərəfindən təşkil ediləcək.
Muzeydən "Tehsil.biz"ə bildirilib ki, 1940-1988-ci illər dövrünü əhatə edən sərginin məqsədi Dəstəgird kəndi sakinlərinin həyat hekayəsini fotoqrafiya vasitəsilə ictimaiyyətin nəzərinə çatdırmaqdır.
Sərginin kuratoru Sücəddin Hüseynov, məsləhətçisi muzeyin əməkdaşı Mirnaib Həsənoğludur.