Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) 4 əməkdaşı Azərbaycanın ən reytinqli 1000 elm adamı siyahısında yer alıb.
Bu barədə "Tehsil.biz"ə ADAU-dan bildirilib.
Qeyd edək ki, bir neçə ildir beynəlxalq elmmetriya qurumu olan National H-index Ranking ölkələrin elmi göstəricilərinin hesabatını açıqlayır.
Bu portal vasitəsi ilə ölkəmizin elmi müəssisələri və elm adamlarının elmi məhsuldarlığını obyektiv və şəffaf şəkildə görmək mümkündür.