Bakı Mühəndislik Universitetində (BMU) doktoranturaya qəbul komissiyasının növbəti iclası keçirilib.
Bu barədə "Tehsil.biz"ə BMU-dan bildirilib.
İclasda BMU-nun elm və innovasiya məsələləri üzrə prorektoru Ağası Məlikov elmi fəaliyyətin gücləndirilməsi, gənclərin elmə marağının artırılması istiqamətində görülən işlərə toxunub. Eyni zamanda BMU-ya doktoranturaya qəbul olmaq istəyən şəxslərin ixtisas uyğunluğunun qəbul komissiyası tərəfindən müəyyənləşdirilməsi zamanı diqqət olunmalı məqamları vurğulayıb.
BMU-nun Magistratura və doktorantura şöbəsinin müdiri professor Mahir Bəşirov isə qəbul qaydaları, şərtləri və iddiaçıların sənədləri ilə bağlı zəruru məlumatları təqdim edib.
Sonra doktoranturaya qəbul olmaq istəyən şəxslər seçdiyi ixtisaslarla əlaqədar komissiya üzvlərinin suallarına aydınlıq gətiriblər.
İclasda komissiya üzvləri, elmi rəhbərlərlə aparılan müzakirələrdən və ixtisas uyğunluqları yoxlanıldıqdan sonra 2024-cü ildə BMU-ya sənəd vermiş 24 doktorantın növbəti mərhələyə-imtahanlara buraxılması haqqında müvafiq qərarlar verilib.