Logo

TikTok bir saat davam edən videoları yükləməyə imkan verəcək

17.05.2024 09:45 350 baxış
IMG

TikTok istifadəçilərin 60 dəqiqəlik video yükləmə qabiliyyətini sınaqdan keçirir.

Tehsil.biz xəbər verir ki, bu barədə “TechCrunch” portalı məlumat yayıb.

Platformanın sahibi olan “ByteDance” şirkəti izah edib ki, indi uzun videoları fraqmentlərə bölmək lazımdır. Bu da bəzi müəlliflər üçün o qədər də əlverişli deyil. Vaxt məhdudiyyətinin artırılması TikTok-da yeni məzmun növünün - televiziya şoularının tam epizodlarının yerləşdirilməsinə də imkan verə bilər.

Şirkət yeniliyin istifadəçilərə nə vaxt təqdim ediləcəyi ilə bağlı açıqlama verməyib.

Xəbər lenti