Logo

Elm və təhsil naziri Masallıda vətəndaşları qəbul edib - FOTO

17.05.2024 16:14 350 baxış
IMG

Mayın 17-də elm və təhsil naziri Emin Əmrullayev Masallı rayonunda vətəndaş qəbulu keçirib.

Bu barədə "Tehsil.biz"ə nazirlikdən bildirilib.

Qəbulda Masallı, Lənkəran, Astara, Lerik, Cəlilabad və Yardımlı sakinləri iştirak ediblər.

Qəbuldan əvvəl ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb.

Qəbul zamanı vətəndaşlar müəllimlərin işə qəbulu, məktəb tikintisi, həmçinin digər məsələlərlə bağlı müraciətlər ediblər.

Elm və təhsil naziri qəbula yazılmış vətəndaşları dinləyib, müraciətlərin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verib.

Xəbər lenti