Logo

Ədəbiyyat Muzeyinin Aran regional filialı “Açıq qapı” günü təşkil edib - FOTO

18.05.2024 16:52 196 baxış
IMG

Mayın 18-də Beynəlxalq Muzeylər Günü münasibətilə Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Xaqani Şirvani adına Aran regional filialı ənənəvi olaraq “Açıq qapı” günü təşkil edib.

Bu barədə "Tehsil.biz"ə muzeydən bildirilib.

“Açıq qapı” günündə şəhid ailələri, hərbçilər, rayon ictimaiyyətinin nümayəndələri muzeyin zəngin ekspozisiya ilə ödənişsiz tanış olublar.

Ziyarətçilərə milli-mənəvi dəyərlərimiz, folklorumuz, dil tariximiz, musiqimiz, ədəbiyyatımız, mədəniyyətimizlə bağlı Ulu Öndərin gördüyü işlər, verdiyi tarixi qərarlar, proqram xarakterli çıxışları barədə muzey əməkdaşları və monitor vasitəsilə geniş məlumat verilib. Muzeyin əməkdaşları gün ərzində ziyarətçilərə Azərbaycanın mədəni irsi, eləcə də klassik ədəbiyyatımız barədə ətraflı məlumat verib, onları müxtəlif mədəniyyət nümunələri, rəsm və heykəltaraşlıq əsərləri ilə tanış ediblər.

Xəbər lenti