Logo

Kiberfiziki sistem komponentlərinin funksional boşluqlarına dair tədqiqat aparılır

17.05.2024 12:47 305 baxış
IMG

Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutu əməkdaşlarının həmmüəllifliyi ilə çap edilmiş “KFS komponentlərinin funksional boşluqlarının kritikliyini qiymətləndirmək üçün bir yanaşma” (An approach for assessing the functional vulnerabilities criticality of CPS components) adlı məqalə nüfuzlu “Cyber Security and Applications” jurnalında dərc olunub.

İnstitutdan "Tehsil.biz"ə bildirilib ki, məqalənin müəllifləri AMEA-nın vitse-prezidenti akademik Rasim Əliquliyev, texnika üzrə elmlər doktoru Ramiz Alıquliyev və baş elmi işçi dosent Lyudmila Suxostatdır.

Tədqiqat işində çoxmeyarlı qərar qəbuletmə metoduna əsaslanaraq kiberfiziki sistem (KFS) komponentlərinin boşluqlarının kritikliyini qiymətləndirmək üçün kəmiyyət metodu təklif edilib.

“Cyber Security and Applications” jurnalı “Scopus”, “EBSCOhost” və “DBLP” beynəlxalq elmi bazalarında indeksləşir.

Xəbər lenti