Logo

“Liderlik və idarəetmənin əsasları” mövzusunda təlim keçirilib

17.05.2024 23:33 169 baxış
IMG

Dövlət İmtahan Mərkəzi tərəfindən Azərbaycan Respublikasının Energetika Nazirliyinin əməkdaşları üçün “Liderlik və idarəetmənin əsasları” mövzusunda təlim keçirilib.

Bu barədə "Tehsil.biz"ə DİM-dən məlumat verilib.

Təlim zamanı DİM-in Dövlət strategiyası ilə iş və insan kapitalının inkişafı şöbəsinin böyük məsləhətçisi Miranə Rüstəmli tərəfindən iştirakçılara lider kimdir, niyə liderə ehtiyac var, menecer və liderin fərqi, liderlik üslubları haqqında məlumatlar verilib. Bundan əlavə, Həmçinin hədəflərin müəyyənləşdirilməsi, planlaşdırma, nəzarət, qiymətləndirmə, motivasiya, vaxtın idarə edilməsi və s. məsələlər barədə fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, dövlət qurumlarının, özəl sektorların və vətəndaşların müraciətləri əsasında bu və digər mövzularda təlimlər təşkil olunur.

Təlimlərdə iştirak etmək istəyən şəxslər [email protected] elektron poçt ünvanına və ya (012) 3105316 (daxili 1221) nömrəsinə müraciət edə bilərlər.

Xəbər lenti