Bakı Mühəndislik Universitetində (BMU) idarəetmə və sənədləşmə işində səmərəliliyi daha da artırmaq məqsədi ilə tədbirlər davam etdirilir.
Tehsil.biz xəbər verir ki, bu istiqamətdə həyata keçirilən növbəti addım kimi universitetin Keyfiyyətin təminatı şöbəsi tərəfindən kafedra və struktur bölmələrində sənədləşmə işinin monitorinqi aparılıb.
Bir ay davam edən monitorinq zamanı şöbənin əməkdaşları tərəfindən dekanlıqlar, kafedra və struktur bölmələrində aparılan yoxlamalarda sənədləşmə prosesinin mövcud qaydalara uyğunluğu qiymətləndirilib, həmçinin müvafiq tövsiyələr verilib.
Proses əsnasında təhsil müəssisəsinin müxtəlif strukturlarında sənədlərin tamlığı, vaxtında yenilənməsi və düzgün arxivləşdirilməsi xüsusi diqqət mərkəzində saxlanılıb.