Logo

"Yenə kimsə deyəcək ki, qeydiyyatdan keçməmişəm"

18.05.2024 12:23 234 baxış
IMG

"Mən ali məktəblərə tələbə qəbulu müsabiqəsində imtahansız iştirak etmək istəyən subbakalavrlara müraciət edirəm. Onların qeydiyyatı mayın 31-dək davam edəcək. Lakin iyunun 1-i gəlib çatanda yenə kimsə deyəcək ki, qeydiyyatdan keçməmişəm".

Tehsil.biz xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında bildirib.

"Xahiş edirəm, bu məsələdə diqqətli olmaq lazımdır. Bu, hər bir şəxsin öz məsuliyyətidir. Ali məktəbə qəbul olmaq istəyən şəxs vaxtında qeydiyyatdan keçməlidir”, - M.Abbaszadə qeyd edib.

Xəbər lenti