"Azərbaycanda yeni tədris ilində iki yeni universitetin açılması qəbul ballarına təsir edəcək".
Tehsil.biz xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib.
DİM sədri bildirib ki, keçid balları ali məktəbə, ixtisasa və verilən plan yerlərinə uyğun müəyyənləşir:
"Bu il şagird sayının artması və açılan iki yeni universitetə qəbul keçid ballarına təsir edəcək. Bəzi ixtisaslarda orta bal 1-2 bal arta bilər".