Logo

Azərbaycanlı şair vəfat edib

18.05.2024 16:34 177 baxış
IMG

Şair İnqilab İsaq 71 yaşında dünyasını dəyişib.

Tehsil.biz xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.

Bildirilib ki, o, yaşadığı Göygöl rayon Üçtəpə kəndində vəfat edib.

İ.İsaq "Ümidə borclu dünya", "Deməyə sözüm var", "Aləm cənnətə dönsə", "Aydan axan bulaq", "Sabahın ümidləri", "Obaları gəzə-gəzə" və başqa əsərlərin müəllifidir.

Xəbər lenti