Logo

“Gənc İstedadlar” liseyində Heydər Əliyevin 101 illiyinə həsr olunmuş tədbir keçirilib - FOTO

18.05.2024 15:58 310 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) nəzdində “Gənc İstedadlar” liseyində dahi şəxsiyyət Heydər Əliyevin 101 illiyinə həsr olunmuş tədbir keçirilib.

Bu barədə "Tehsil.biz"ə BDU-dan bildirilib.

Tədbirdə Azərbaycanın Dövlət Himni səsləndirilib, Ulu Öndərin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra liseyin direktoru Arif Bağırov Ümummilli Lider Heydər Əliyevin Azərbaycan tarixində siyasi xadim kimi böyük rolundan danışıb.

Tədbirdə tarix müəllimləri Kəmalə Qırxlarova “Heydər Əliyevin xarici siyasəti”, Aygün Əsədova isə “Heydər Əliyev və mədəniyyət sahələri” mövzularından çıxış ediblər. Sonra liseyin ədəbiyyat müəllimi Yeganə Qəhrəmanlının rəhbərliyi ilə 5-ci sinif şagirdləri çıxış ediblər, videosüjetlər nümayiş olunub.

Həmçinin BDU-nun Tarix fakültəsinin təcrübəçi tələbələrindən olan Bətul Axundzadə və Nigar Əliyevanın Ulu Öndər “Heydər Əliyevin idmana və təhsilə qayğısı” mövzusunda çıxışları maraqla qarşılanıb.

Xəbər lenti