Logo

BMA-da “İqlim dəyişmələri” haqqında müzakirə aparılıb - FOTO

18.05.2024 11:36 175 baxış
IMG

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) COP29 “İqlim dəyişmələri” mövzusunda dəyirmi masa keçirilib.

BMA-dan "Tehsil.biz"ə bildirilib ki, tədbirdə çıxış edən yazar, tərcüməçi, ictimai fəal Rüstəm Mirzəyev dünyada baş verən iqlim dəyişmələri, insanların ətraf mühiti çirkləndirməsi və təbiətin qorunmasının vacibliyi haqqında danışıb.

BMA-nın tədris işləri üzrə prorektoru, professor Nərminə Quliyeva gənclərin COP29-la bağlı layihələrdə yaxından iştirak etmələrinin zəruri olduğunu vurğulayıb.

Xəbər lenti