Logo

AMEA-da təcrübə keçən tələbələr MEK-lə tanış olublar - FOTO

17.05.2024 22:40 242 baxış
IMG

AMEA-da təcrübə keçən Bakı Avrasiya və Azərbaycan Dillər universitetlərinin tələbələri Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası (MEK) ilə tanış olublar.

Bu barədə "Tehsil.biz"ə MEK-dən bildirilib.

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun M.A.Ərsoy adına Türkiyə ədəbiyyatı mərkəzinin müdiri filologiya elmləri doktoru, dosent Eşqanə Babayevanın müşayiəti ilə MEK-də olan tələbələr tanışlığa qeydiyyat bölməsindən başlayıblar. Onlara kitabxanadan istifadə qaydaları, abunəlik haqqında ətraflı məlumat verilib. Bildirilib ki, yaşı 18-dən yuxarı olan hər kəs kitabxanaya abunəlik əldə etməklə bütün xidmətlərdən rahatlıqla yararlana bilər.

Daha sonra tələbələr MEK-in Sərgi salonundakı Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin həyat və siyasi fəaliyyətini əks etdirən nəşrlərdən ibarət guşələrə və hazırda davam edən Zərifə xanım Əliyevanın anadan olmasının 101 illiyinə, Naxçıvan Muxtar Respublikasının 100 illiyi münasibətilə, dahi Azərbaycan şairi M.Füzulinin 530 illiyinə həsr olunan “Məhəmməd Füzuli – 530”, “Yaşıl Dünya naminə”, həmçinin yeni daxil olan nəşrlərin də nümayiş olunduğu sərgilərə baxıblar.

Tanışlıq zamanı Qarabağ müharibəsi qəhrəmanları fondu, AMEA-nın 15 təsisçisinin büstlərinin yer aldığı guşə, Akademiklər zalı, Diplomatik fond, Nadir kitablar və qiymətli nəşrlər fondunda olan tələbələrə buradakı nəşrlər haqqında ətraflı məlumat verilib.

Xəbər lenti