Logo

“Middle East Monitor” jurnalı Azərbaycanın yaşıl iqtisadiyyata keçid prosesindən yazıb

17.05.2024 13:00 347 baxış
IMG

Birləşmiş Krallıqda nəşr olunan “Middle East Monitor” (Yaxın Şərq Monitoru) jurnalında ABŞ-ın Corc Vaşinqton Universitetinin tələbəsi, Azərbaycanlı Tələbələr Assosiasiyasının həmtəsisçisi Kənan Məmmədovun “Azərbaycanın yaşıl iqtisadiyyata keçidi” adlı məqaləsi dərc edilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən "Tehsil.biz"ə bildirilib ki, məqalədə ekoloji cəhətdən dayanıqlılığa diqqətin artdığı bir dünyada Azərbaycan iqtisadiyyatının dinamik inkişafı üçün mühüm addımların atıldığı, zəngin neft və qaz ehtiyatları ilə tanınan ölkəmizin hazırda yaşıl, davamlı gələcəyə doğru irəlilədiyi qeyd olunub.

Məqalədə, həmçinin Azərbaycanda keçiriləcək COP29-dan bəhs edilib. Azərbaycanın COP29-a ev sahibliyi etməyə hazırlaşdığı bir vaxtda bu tədbirin ölkənin davamlı inkişafında mühüm rol oynayacağı vurğulanıb. Bildirilib ki, COP29-a ev sahibliyi etməklə Azərbaycan qlobal ekoloji məqsədlərə sadiqliyini bir daha təsdiqləyir və Xəzər regionunda bərpaolunan enerjinin təşviqində qabaqcıl mövqe tutur.

Xəbər lenti