Logo

“Qərbi Azərbaycan toponimlər lüğəti” çapa təqdim edilib

17.05.2024 20:46 322 baxış
IMG

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Toponimka şöbəsi uğurlara imza atmaqda davam edir.

Bu barədə "Tehsil.biz"ə AMEA-dan məlumat verilib.

Fəaliyyətə başladığı bu az müddətdə öz fəaliyyəti ilə respublikamızın elmi ictimaiyyətinin diqqətini cəlb edən AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Toponimika şöbəsinin kollektivi indiyə qədər Qərbi Azərbaycan toponimləri ilə bağlı onlarla məqalə dərc etdirmiş, bir elmi konfrans keçirmiş, ondan çox beynəlxalq və respublika elmi konfranslarında məruzə ilə çıxış etmiş, 2 kitab çap etdirmişdir. Bu yaxınlarda Toponimika şöbəsində “Qərbi Azərbaycan toponimlər lüğəti” hazırlanaraq çapa təqdim edilmişdir. Lüğətdə Qərbi Azərbaycanda xalqımız tərəfindən yaradılmış toponim və mikrotoponimlər öz əksini tapmışdır. Lüğət elmi, tarixi, siyasi baxımdan böyük əhəmiyyət kəsb edir.

Bundan başqa, şöbə müdiri f.ü.f.d., dos. Elçin İsmayılov tərəfindən tarixi Azərbaycan torpaqlarında mövcud olan toponimlərin lüğəti hazırlanmışdır. Bu lüğət Azərbaycan Respublikası ilə yanaşı, Güney və Qərbi Azərbaycanı, Gürcüstan Respublikasını, Rusiya Federasiyasının Dağıstan Muxtar Respublikasını, habelə Türkiyə, İraq və Suriya respublikalarını, həmçinin Əfqanıstanı əhatə edir.

Lüğətin 2000 səhifəsi artıq hazırdır. Qalan hissəsinin üzərində gərgin iş gedir. Müəllif təxminən 3500-4000 səhifəlik olacaq bu əsəri səkkiz cilddə çap etdirmək fikrindədir. Əsər indidən Türk Dil Birliyinin Toponimika şöbəsinin diqqətini cəlb etmiş, onlarda maraq oyatmışdır.

Xəbər lenti