"Attestatla ali məktəbə qəbul hələ ki, gözlənilmir".
Tehdil.biz xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, sıfır balla da attestat alan var: "Amma bu balla universitetə qəbul olmaq mümkün deyil. Ancaq ola bilsin ki, model dəyişsin".
DİM sədri həmçinin abituriyentlərə də müraciət edib:
"İxtisas seçimini, elektron qeydiyyatı kiməsə həvalə etmək doğru deyil".