Logo

Android sistemi ilə işləyən telefonlar bu halda blok olacaq

16.05.2024 21:39 361 baxış
IMG

Android sistemi ilə işləyən telefonlar oğurlandıqları təqdirdə öz-özünə bloklanacaq.

Tehsil.biz xarici mediaya istinadən xəbər verir ki, "Google” şirkəti bu məqsədlə yeni təhlükəsizlik xüsusiyyətlərini təqdim edib.

Bu ilin sonunda Google, Android 15 əməliyyat sistemi üçün mobil telefon oğurluğu və fırıldaqçılıqla mübarizə məqsədilə yeni funksiyalar paketini işə salacaq.

Əsas yenilənmələr arasında oğruların cihaza daxil ola bilməməsi üçün telefonun ekranını avtomatik olaraq kilidləyəcək “Theft Detection Lock” xüsusiyyəti var.

“Google” şirkəti, onun süni intellekt (AI) texnologiyasının cihazdan siqnalları oxuyaraq, “oğurluqla bağlı hərəkətləri” dərhal aşkar edə biləcəyini bildirib. Məsələn, akselerometr, velosiped sürən oğrunun telefonu istifadəçinin əlindən alması və sonra yüksək sürətlə uzaqlaşması hallarında yaranan qəfil təkanı dərhal “hiss edə bilir”.

Bu funksiyalara, oğruların maraq göstərdiyi həssas məlumatları ehtiva edə bilən proqramları daha yaxşı qorumaq və gizlətmək üçün bir sıra vasitələr və oğurlandıqdan sonra telefonu uzaqdan bloklamağı asanlaşdıran xüsusiyyətlər əlavə ediləcək.

Xəbər lenti