Logo

Naxçıvanda 5 minə yaxın şagird monitorinqdə iştirak edib

18.05.2024 16:14 258 baxış
IMG

Mayın 18-də Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən ölkə üzrə ümumi təhsil müəssisələrinin IV sinifləri üzrə monitorinq keçirilib.

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən "Tehsil.biz"ə bildirilib ki, monitorinqdə muxtar respublikanın ümumi təhsil müəssisələrinin IV siniflərində təhsil alan 5 minə yaxın şagird iştirak edib. Monitorinqdə şagirdlərə tədris dili və riyaziyyat fənlərindən ayrı-ayrılıqda 30 olmaqla, ümumilikdə, 60 sual təqdim olunub və 120 dəqiqə vaxt ayrılıb.

Monitorinqlərin keçirilməsində məqsəd şagird nailiyyətlərinin yaxşılaşdırılması, bilik və bacarıq göstəricilərinin müəyyən edilməsi, eyni zamanda tədrisin keyfiyyətinin artırılmasıdır.

Qeyd edək ki, monitorinqin nəticəsi şagirdlərin summativ qiymətləndirmə ballarına, eləcə də onların sinifdən-sinfə keçmələrinə təsir göstərməyəcək.

Mayın 19-da isə ümumi təhsil müəssisələrinin VI sinifləri üçün monitorinq təşkil olunacaq

Xəbər lenti