"Mayın 26-da II və III ixtisas qrupları üzrə imtahan keçiriləcək. Qırx altı mindən çox abituriyent imtahan verəcək".
Tehsil.biz xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, daha sonra I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək:
"Bu imtahanlar birinci cəhddir. İyul qayında qəbul imtahanlarının ikinci cəhdi olacaq”, - deyə M.Abbaszadə bildirib.