Rusiyanın Sterlitamak şəhərində “Üzvi və qeyri-üzvi sintez texnologiyalarının inkişafının aktual problemləri və istiqamətləri” mövzusunda IV beynəlxalq elmi-praktik konfrans keçirilib. Konfransda Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Sənaye təhlükəsizliyi və əməyin mühafizəsi kafedrasının müdiri professor Sakit Rəsulov da iştirak edib.
Bu barədə "Tehsil.biz"ə universitetdən məlumat verilib.
Professor Sakit Rəsulov konfransın plenar sessiyasında “Neft və qaz emalı üçün tullantısız texnologiyanın inkişafı” mövzusunda geniş təqdimatla çıxış edib. Mövzu aktuallığına və əhəmiyyətinə görə iştirakçılar tərəfindən maraqla qarışlanıb.
İki gün davam edən konfrans Rusiya Elmlər Akademiyası və Ufa Dövlət Neft Texniki Universitetinin təşkilatçılığı ilə keçirilib.