Logo

Azərbaycan ərazilərinə dair Osmanlı təhrir dəftərləri tədqiq edilir - FOTO

17.05.2024 18:54 157 baxış
IMG

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda fəlsəfə və elmlər doktorluğu üzrə təhsil alan doktorant və dissertantlar üçün seminarlar davam edir.

AMEA-dan "Tehsil.biz"ə bildirilib ki, mayın 17-də keçirilən növbəti seminar “Azərbaycan ərazilərinə dair Osmanlı təhrir dəftərlərinin tədqiqi haqqında” mövzusunda olub.

Seminarda Türkiyə tarixi və iqtisadiyyatı şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Yaxşıxanım Nəsirovanın məruzəsi dinlənilib. Məruzəçi çıxışında Osmanlı arxiv sənədləri, təhrir dəftərləri (maliyyə-vergi reyestrləri), onların Azərbaycan tarixinin öyrənilməsində önəmi, təhrir dəftərlərinin tərtib prinsipləri və digər məsələlər haqqında maraqlı məlumatlar verib.

Alim Şərqşünaslıq İnstitutunda Osmanlı vergi reyestrlərinin tədqiqi və elmi nəşrlərinin həyata keçirilməsinin bir ənənə halı aldığını qeyd edib.

Müzakirələr zamanı iştirakçıları maraqlandıran məsələlərə aydınlıq gətirilib.

Xəbər lenti