Logo

Aşqarlar Kimyası İnstitutunun nümayəndələri ADNSU-da olub

04.05.2024 21:40 230 baxış
IMG

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Akademik Əli Quliyev adına AşqarlarKimyası İnstitutunun baş direktoru, akademik VaqifFərzəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti iləuniversitetin professor-müəllim heyətinin görüşü keçirilib.

ADNSU-dan "Tehsil.biz"ə bildirilib ki, görüş Aşqarlar Kimyası İnstitutu və Təcrübə-Sənaye Zavodu tərəfindən təqdim olunan “Xüsusitəyinatlı sürtkü yağlarının yaradılması və istehsalınıntəşkili” adlı kompleks elmi-texniki işin müzakirəsinəhəsr olunub.

Müəllifləri akademik Vaqif Fərzəliyev, professor Həqiqət Cavadova, professor Əfsun Sucayev, l.ü.f.d.Vasif Abbasov və k.ü.f.d. Səxavət Rüstəmov olankompleks elmi-texniki iş ADNSU-nun professor-müəllim heyəti tərəfindən maraqla qarışlanıb. Tədbirdəçıxş edən Akademik Əli Quliyev adına AşqarlarKimyası İnstitutunun baş direktoru, akademik VaqifFərzəliyev ADNSU ilə rəhbərlik etdiyi institututarasındakı əməkdaşlıq əlaqələrinin sıx olduğunuxatırladaraq  Aşqarlar Kimyası İnstitutunun fəaliyyətistiqamətləri, elmi nəticələri, beynəlxalq əlaqələrihaqqında iştirakçılara məlumat verib. Sonra komplekselmi texniki iş haqqında təqdimatla çıxış edənakademik bildirib ki, elmi iş ölkəmizin müdafiəqüdrətinin yüksəldilməsi və strateji materiallar üzrəxarici ölkələrdən asılılığın azaldılması məqsədilə hərbitexnika üçün yüksək keyfiyyətli, rəqabətə davamlıxüsusi təyinatlı sürtkü yağlarının yaradılması vəistehsalının təşkilinə həsr olunub. Diqqətə çatdırılıb ki, “Xüsusi təyinatlı sürtkü yağlarının yaradılması vəistehsalının təşkili” adlı kompleks elmi-texniki işAzərbaycan Respublikası Müdafiə Nazirliyininsərəncamında olan bütün markalı tankların dizelmühərriklərində istifadə olunan sürtkü yağlarına olantələbatın ödənilməsini, ölkəmizin strateji material olanxüsusi təyinatlı sürtkü yağları sahəsində xariciölkələrdən asılılığın azaldılmasını və yaradılmışyağların bəzi xarici ölkələrə ixracını nəzərdə tutur.

Təqdimatda məhsulun keyfiyyət və üstünlükləri, tərkibivə emal olunma prosesi haqqında iştirakçılara ətraflı məlumat verilib.

Qonaqları universitetdə salamlayan ADNSU-nun Elmiişlər üzrə prorektoru, professor Lətafət Qardaşovaelmi-texniki işin əhəmiyyətini qeyd edib, ətraflı vəaydın təqdimata görə müəlliflərə təşəkkürünü bildirib.

Tədbirdə mövzu ilə bağlı ətraflı fikir mübadiləsiaparıldıqdan sonra iştirakçların sualları cavablandırılıb.

Xəbər lenti