Qəzet qədim kütləvi informasiya vasitəsi olmaqla yanaşı, həm də etibarlı və dəqiq məlumat mənbəyidir, çünki hərtərəfli araşdırma tələb edir, hər fikrin arxasında böyük məsuliyyət dayanır, bir sözlə xalqın mənəvi inkişafının hərəkətverici qüvvəsi hesab olunur. Bu mənada dövlət və dövlətçilik dəyərlərinin artması, milli şüurun oyanışı və formalaşması, habelə özünüdərk məsələlərində milli mətbuatın, qəzetçiliyin rolu danılmazdır. Deyərdim ki, üzü mətbuatımızın təməl daşı olan Əkinçidən bu yana işıq üzü görmüş və indiki dövrə qədər fəaliyyət göstərən qəzetlər məktəb rolundadır. Bu qəzetlərdən biri də ötən əsrin üçüncü onilliyinin ortalarında işıq üzü görən, kəşməkeşli mübarizələr yolu keçən və 90 yaşını tamamlayan "Yeni Tərtər" qəzetidir.
Bir əsrə yaxın tarixi özündə təcəlli etdirən qocaman qəzet fəaliyyətinin ilk günündən əyalət və xalq kütləsinin xitabət kürsüsünə çevrilərək öz səhifələrində kəndlilərin - sadə insanların, elm və mədəniyyət işçilərinin - ziyalıların üzünə həmişə açıq olmuşdur. Redaksiya kollektivi oxucu məsləhətini, istək və təkliflərini hər zaman qiymətləndirmiş, dərc olunan materialların aktuallığını, mənəvi dəyərlərə sadiqliyini, xalq dilinə yaxınlığını əsas meyar kimi üstün tutmuşdur. Çünki qəzet redaksiyasında hər zaman işinə sevgi və məsuliyyətlə yanaşan işçilər olmuşdur.
Hesab edirəm ki, ömür yolunu, taleyini sevib-seçdiyi jurnalist ixtisasına, qəzetçilik fəaliyyətinə bağlayan, biliyini, yaradıcılığını bu sahəyə sərf və həsr edən, milli mətbuata, onun tarixi irsinə sadiq qalan ən gözəl nümunə kimi Svetlana Bağırovanın ismini çəkmək yetərlidir. Mübaliğəsiz demək olar ki, "Yeni Tərtər" qəzetinin Azərbaycan mətbuatında kəsb etdiyi önəm qədər Svetlana xanım da qəzetin tarixində və taleyində mənəvi sütun kimi bir o qədər əhəmiyyətli və vacib isimlərdəndir.
Svetlana Bağırova uzun illərdi ki, çalışdığı və rəhbərlik etdiyi qəzetdə daim dövlətə, xalqa sədaqətlə xidmət etmiş, qələmini süngüyə çevirərək canla-başla Vətən naminə fədakarcasına fəaliyyətdədir.
Tarixi həqiqət naminə qeyd etmək lazımdır ki, ölkəmizə zəfər və qələbə bəxş edən Ali Baş Komandan İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətin əsasında Azərbaycan dövlətinin maraqları, Azərbaycan xalqı və ərazi bütövlüyü dayanır. Və əlbəttə ki, qələbənin əsas iki açarı: əlində silah və qələm tutan Vətən övladları oldu. Bismarkın sözləri ilə desək, ordu mümkün olanı əldə etmək sənətkarlığının dünyaya göstərdi. Həmçinin, dünya gördü ki, müahirəbələri tək silah gücü ilə deyil, həm də birlik - Dəmir Yumruq gücüylə də həll etmək olur. Sözsüz ki, bu mübarizədə uzun illər işğalçı erməni ordusu qarşısında topların mərmisindən, ölümsaçan raket atəşləri altında doğma şəhərini tərk etmədən yurddaşları ilə birgə bütün məşəqqətlərə dözərək yaşayıb-yaradan qəhrəman şəhərin "Yeni Tərtər" qəzeti kollektivinin də müstəsna əməyi, payı vardır.
Yazını yekunlaşdırarkən, bəndənizə həmkarım Hikmət İslamoğlu zəng etdi. "Yeni Tərtər" qəzetinin 90 illiyi münasibətilə bütün yaradıcı və texniki heyəti və onun baş redaktoru əzizimiz Svetlana Xanımı təbrik edənlər sırasında ilk olaraq Ədliyyə Müşaviri Firdovsi Həmzə oğlu Sadıqovun olduğunu bildirdi. Fikrimcə, hünər, igidlik, şücaət yolunu seçənlərin dəyərini, qiymətini, canını Vətən yolunda fəda edən kişinin övladı olanlar duya bilər... Yeri gəlmişkən qeyd edək ki, Firdovsi müəllimin atası mərhum Həmzə Sadıqov İkinci Dünya müharibəsi illərində peşəsinə sadiq əsgər kimi ölümə məhkum olmuş yəhudi övladlarını həyatı bahasına xilas etməsi də millətimizin qəhrəmanlıq tarixinin şanlı səhifəsinə həkk olaraq qalacaqdır. Çünki şücaət, mərdanəlik azərbaycanlı canında, qanındadır. Cənab Prezident İlham Əliyevin dediyi kimi: "Şuşa qalasını igid əsgər və zabitlərimizin əllərində süngü, bıçaqla sıldırım qayalara dırmaşaraq, dünya hərb tarixinə qəhrəmanlıq nümunəsi göstərdilər". Görünən odur ki, öncə “Fədai” cəmiyyəti, sonra “Difai” partiyası yaradaraq ermənilərin xalqımıza qarşı törətdikləri kütləvi terror və qırğınlara bir
əlində qələm, bir əlində silah tutaraq öz bəy nəslinin, xalqının dəyərlərinə sadiq qalaraq Azərbaycanın şərəfini qoruyan Əhməd bəy Ağaoğlu torunları bu gün də var, yarın da.
Sonda bir daha elin-obanın hörmətli ziyalısı, vətənpərvər xanımı Bağırova Svetlana Bilal qızını uzun illərdi ki, baş redaktoru olduğu "Yeni Tərtər" qəzetinin 90 illiyi münasibətilə səmimi qəlbdən təbrik edir, möhkəm cansağlığı, mətbuat və xalq naminə fədakar əməyində uğurlar arzulayırıq.
Əsgər İsmayılov,
BDU Jurnalistika fakültəsinin tələbəsi