Logo

BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim baş tutub - FOTO

06.05.2024 19:11 230 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Psixoloji yardım sektoru və Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə Kimya fakültəsinin I kurs tələbələri üçün “İmtahan stresinin idarə olunması” mövzusunda təlim keçirilib.

Bu barədə "Tehsil.biz"ə BDU-dan məlumat verilib.

Təlim zamanı tələbələrə stresin həyatımıza təsiri, idarə olunması yolları, stres reaksiyaları, imtahan stresinə səbəb olan faktorlar haqqında ətraflı məlumat verilib. Qeyd edilib ki, gündəlik həyatımızda stres müxtəlif faktorlarla bağlı meydana çıxa bilər.

Tələbələrə stres zamanı istifadə edilə biləcək effektiv və düzgün nəfəs, proqressiv əzələ rahatlama texnikaları göstərilib.

Sonda mövzu ilə bağlı tələbələrin sualları cavablandırılıb.

Xəbər lenti