Logo

Bakı Ali Neft Məktəbində MBA ixtisasları üzrə qəbul sayı artırılıb

26.04.2024 12:19 231 baxış
IMG

Bakı Ali Neft Məktəbində (BANM) 2024-2025-ci tədris ili üçün magistratura səviyyəsi üzrə Biznesin idarəedilməsi ixtisaslarına (MBA) qəbul yerləri artırılıb.

Bu barədə "Tehsil.biz"ə BANM-dən məlumat verilib.

Bu tədris ilində hər ixtisas üzrə 50 nəfər qəbul planlaşdırılıb.

Bakı Ali Neft Məktəbində Biznesin təşkili və idarə edilməsi (ümumi təyinatlı), Biznesin təşkili və idarə edilməsi (maliyyə), Biznesin təşkili və idarə edilməsi (menecment), Biznesin təşkili və idarə edilməsi (layihələrin idarə olunması) ixtisaslarında tədris həyata keçirilir.

Qeyd olunan ixtisaslar üzrə təhsil haqqı 5000 manat məbləğindədir.

Xəbər lenti