"Valideyn himayəsindən məhrum olan uşaq tutaq ki, 23 yaşından sonra universitetə qəbul olur. Bəs onun onun təhsilhaqqını kim ödəyəcək? Halbuki o dövlətin uşağıdır, deməli dəstəyi bundan sonra da təhsilhaqqını dövlət ödəyəcək".
Tehsil.biz xəbər verir ki, bunu Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.
"Əslində belə uşaqların sayı elə də çox deyil ki, maliyyə yükü də çox olsun. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş şəxslərin yuxarı yaş həddinə yenidən baxılması məsələsinə gəlincə, bu, müvafiq qurumlarla müzakirə olunur, danışıqlar gedir", - o bildirib.