M.Auezov adına Cənubi Qazaxıstan Dövlət Universitetinin Neft-qaz mühəndisliyi fakültəsinin doktorantlarının bir qismi Elm və Təhsil Nazirliyinin Neft və Qaz İnstitutunda, o cümlədən onlardan 4 nəfəri şöbə müdiri AMEA-nın müxbir üzvü Qalib Əfəndiyevin rəhbərliyi ilə Müasir qazmanın nəzəri və tətbiqi problemləri şöbəsində 1 ay müddətində təcrübə keçiblər.
İnstitutdan "Tehsil.biz"ə bildirilib ki, təcrübə müddətində qazılan quyu prosesinə baxılıb. Doktorantlara dünya neft təsərrüfatı tarixinin başlanğıcını təşkil edən Bibiheybətdə qazılmış quyunun tarixi haqqında məlumat verilib, Yanardağ ziyarət edilib. Daha sonra doktorantlar Azərbaycan Dövlət Neft və Sənaye Universitetində bir neçə mühazirədə iştirak edib, laboratoriyaya baxış keçiriblər. Həmçinin Geologiya və Geofizika İnstitutunun Analitik mərkəz və kimya laboratoriyasında doktorantlarla görüş təşkil olunub.
Qazaxıstanlı doktorantlar təcrübə müddətini müvəffəqiyyətlə bitirdikləri üçün sertifikatlarla təltif olunublar.