Bakı Mühəndislər Universitetində (BMU) “Memarlıq və şəhərsalma ixtisaslarının kompleks təşkili və tədrisi problemləri” mövzusunda elmi- seminar keçirilib.
BMU-dan "Tehsil.biz"ə bildirilib ki, seminarda Memarlıq və şəhərsalma kafedrasının müdiri, professor Sabir Orucov məruzə ilə çıxış edib.
Məruzəçi memarlıq, şəhərsalma, dizayn ixtisaslarının əlaqəli təşkili və tədris metodoloji prinsipləri, texnoloji inkişaf sayəsində dəyişən dəyərlər sistemi, süni intellektin bu sahələrə təsirləri haqda fikirlərini paylaşıb.
Məruzədə süni intellektlə bağlı mövcud tendensiyalar, bu yeniliklərin təhsilə təsiri, memarlıq sahəsində davamlı yenilənən proqramlar, memarlıq və şəhərsalma ixtisaslarına yeni yanaşma, təhsil standartlarının müasir təlbələrə uyğunlaşdırılması, eyni zamanda müəllim-tələbə münasibətlərinin təşkili kimi məsələlərə toxunulub.
Memarlıq və inşaat fakültəsinin müəllimləri ilə tələbələrinin iştirak etdiyi seminarda məruzədə qaldırılan problemlərlə bağlı fikir mübadiləsi aparılıb, təkliflər verilib.