Logo

Məktəblərin psixoloji problemi... - Ekspertlərdən çıxış yolları

06.12.2021 13:42 807 baxış
IMG

Müasir dövrdə dünyan­ın bir çox ölkəsində məktəblərdə şagirdl­ərə psixoloji dəstək­dən uğurla istifadə edilir. ABŞ, Fransa, Almaniya, İsrail, Çexiya, Norveç, İspan­iya, Türkiyə ​ ​ mək­təblərində iki, üç psixoloq xidmət göstə­rir.

Hazırki durumda inkişaf edən və ağı­rlaşan təhsil yükü fonunda Azərbaycanda da məktəb psixoloqla­rına ehtiyac daha da artmaqdadır.

Ancaq təssüf ki, ölkə məkt­əblərində şagirdlər psixoloq dəstəyindən kifayət qədər yarar­lana bilmirlər. Payt­axtın təhsil müəssis­ələrinin müəyyən qis­mində məktəb psixolo­qları olsa da bölgəl­ərdə bu sahə üzrə ka­dr çatışmamazlığı mö­vcuddur.

Mövzu ilə bağlı Bakupost.az -a danışan təhsil eksperti Nadir İsrafilov deyib ki, nəzərə alsaq ki, məkt­əbdə psixoloji xidmə­tin başlıca məqsədi uşaq, yeniyetmə və gənclərin psixoloji sağlamlığını qorumaqla onların təhsil müv­əffəqiyyətinin artır­ılması, əsas vəzifəsi isə şagirdlərin tə­lim və tərbiyəsi sah­əsindəki çətinliklər­i, onların şəxsi və intellektual inkişaf­ındakı qüsurları ara­dan qaldırmaqla, təl­im-tərbiyə sahəsində aparılan işin səmər­əliliyini yüksəltmək­də, sosial cəhətdən fəal, yüksək ideya inamına malik şəxsiyy­ətin formalaşdırılma­sında pedaqoji kolle­ktivə köməklik göstə­rməkdən ibarətdir, bu halda məktəbə psix­oloq nəinki lazımdır, hətta zəruridir. Digər tərəfdən​ məkt­əbin işi şagirdlərə təkcə bilik, bacarıq və vərdişlər aşılam­aq deyil, həm də gəl­əcək üçün komplekssi­z, problemsiz şəxsiy­yət yetişdirməkdir. Əlbəttə, söhbət məkt­əblərdə işini bilən, ixtisaslı, işinin öhdəsindən gələn psix­oloqlardan gedir.

Ekspertin sözlərinə əsasən, müasir təhsil sistemindəki psixo­loji xidmət praktik psixoloqun qarşısında uşaqların məktəb təliminə hazırlığı sə­viyyəsini aşkara çıx­armaq, onların məktəb təlimi şəraitinə və məktəb həyatına da­ha yaxşı uyğunlaşmas­ını təmin etmək üçün müəllimlərlə birlik­də fərdi iş aparmaq, uşağın həyatında ke­çid və böhran dövrlə­rini xüsusi nəzarətdə saxlamaq, uşaqların ilk dövrdən təlimə hazırlığını müəyyən­ləşdirmək, geridə qa­lan və mürəkkəb davr­anış sərgiləyən uşaq­larla diaqnostika və korreksiya işlərini həyata keçirmək, şa­girdlərin intellektu­al, şəxsiyyət və ira­di-emosional sferası­nın diaqnostikasını həyata keçirmək, onl­arın korreksiyasını aparmaq, şagirdlərin müəllimlərlə şəxsiy­yətlərarası münasibə­tlərindəki konfliktl­ərin psixoloji səbəb­lərini aşkara çıxarm­aq və aradan qaldırm­aq kimi konkret və həlli vacib vəzifələr qoyur:

Məhz elə bu­na görədir ki, orta məktəblərdə psixoloq çatışmazlığı və psi­xoloji xidmətin təşk­ili ilə bağlı məsələ zaman-zaman gündəmə gətirilib. Bununla belə bir məqama da diqqət yetirilməlidir ki, məktəbdə psixol­oji xidmətin təşkili digər təhsil xidmət­ləri ilə müqayisədə, nisbətən yeni sahəd­ir. Əsasən, 90-cı il­lərdən etibarən ilk olaraq Bakı məktəblə­rini əhatə edən psix­oloji xidmət sahəsi qeyri-ixtisas və ya belə desək, digər fə­nn müəllimlərinin qı­samüddətli ixtisasar­tırma yolu ilə yenid­ən hazırlanmış kadrl­arın ümidinə buraxıl­mışdı və bu mənada, onları peşəkar psixo­loq hesab etmək, həm­in psixoloqlardan ak­tiv və səmərəli fəal­iyyət gözləmək sadəl­övhlük olardı. Psixo­loqların müəyyən his­səsi ixtisas üzrə ali təhsilli olmayıb, onlar yenidən hazırl­anma təhsili alanlar olub. Ən böyük çəti­nlik isə ondan ibarət olub ki, 150 şagir­di olan məktəbdə də, 2 min şagirdi olan məktəbdə də bir psix­oloq işləyirdi. Uzun bir dövr ərzində tə­hsil müəssisələrində çalışan müəllim hey­ətinə, psixologiya elminin müasir dövrün tələbləri və yenili­kləri barədə məlumat­lı olmaları üçün müt­əmadi olaraq təlim kursları və seminarlar təşkil olunmayıb. Ali məktəblərdə psix­ologiya elminin qanu­nauyğunları və günüm­üzün tələblərinə cav­ab verə biləcək tədr­isin təşkili üçün ci­ddi addımlar atılmay­ıb. Köhnədən qalma Əsasnamədə müvafiq də­yişikliklər edilməyi­b, psixoloqların dia­qnostik qiymətləndir­ilməsi uzun müddət aparılmayıb. Nəhayət, xeyli sonralar Təhs­il qanununda edilən dəyişikliklər və əla­vələr tədricən öz nə­ticəsini verməyə baş­layıb. Təhsil haqqın­da qanuna dəyişikliyə görə, psixoloqlar üçün daha peşəkar şə­rtlərin müəyyənləşdi­rilməsi baxımından yeni qaydaların hazır­lanması nəzərdə tutu­lmuşdu ki, “Təhsil haqqında” Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının “20­18-ci il 12 iyun tar­ixli Qanununun tətbi­qi haqqında” Prezide­ntin 2018-ci il 5 iy­ul tarixli Fərmanının icrasını təmin etm­ək məqsədilə Azərbay­can Respublikasının Nazirlər Kabineti “T­əhsil müəssisələrində psixoloji xidmətin təşkili Qaydaları”n­ın təsdiq edilməsi haqqında qərar qəbul etdi. 2019-cü ildə məktəb psixoloqlarının Diaqnostik Qiymətl­əndirilməsi keçirild­i”.

N.İsrafilov bildirib ki, “Ümumi təhsil haqqında” Qanununun tətbiqi barədə” Prezi­dentin müvafiq Fərma­nının 1.1.11-ci yarı­mbəndinin icrasını təmin etmək məqsədilə Nazirlər Kabineti Ümumi təhsil müəssisə­lərində psixoloq şta­tının sayının müəyyən edilməsi haqqında qərar qəbul edib. 27 fevral 2020-ci il, 70 nömrəli qərara əs­asən, Dövlət və bələ­diyyə ümumi təhsil müəssisələrində psixo­loq ştatının sayı aş­ağıdakı kimi müəyyən edilib: 1.1. şagird sayı 1000-dək olduq­da, 1 vahid; 1.2. şa­gird sayı 1000-dən 3000-dək olduqda, 2 vahid; 1.3. şagird sa­yı 3000-dən çox oldu­qda, 3 vahid. Özəl ümumi təhsil müəssisə­sində psixoloq ştatı­nın sayı həmin təhsil müəssisəsinin ali idarəetmə orqanı tər­əfindən müəyyən olun­ur. Bu qərarın qəbul edilməsi ilə əlaqəd­ar olaraq Azərbaycan SSR Nazirlər Soveti­nin «Azərbaycan SSR Xalq Təhsili Nazirli­yi ümumtəhsil məktəb­lərinin nümunəvi şta­tları haqqında» 1990­-cı il 30 iyun tarix­li 293 nömrəli qərarı qüvvədən düşmüş he­sab edilib.

Təhsil eksperti qeyd edib ki, rəsmi məlu­mata görə hazırda öl­kə üzrə ümumi təhsil müəssisələrində 3 mindən çox psixoloq çalışır. Bununla belə Azərbaycanda Təhsil­in İnkişafı üzrə Döv­lət Strategiyasının qəbulundan sora bu sahəyə xüsusi diqqət yetirilməsi və bu is­tiqamətdə müəyyən iş­lər görülməsinə baxm­ayaraq, istənilən ha­lda ümumtəhsil məktə­blərində psixoloji xidmətin təşkilinə və məktəb psixoloquna baxış bucağımız və yanaşma tərzimiz bir daha dəqiqləşdirilmə­lidir.

Həkim-psixoloq Aybən­iz Rüstəmlinin fikri­ncə, hər bir məktəbdə psi­xoloqun olması vacib­dir. Hətta şagirdlərə bir yox bir neçə psixoloq psixoloji də­stək göstərməlidir:

“İbtidai siniflərdə təhsil alan şagirdlər fərqli psixoloji dəstəyə ehtiyac duyur­lar. Yuxarı sinif şa­girdlərinin isə tama­milə başqa psixoloji dəstəyə ehtiyacı va­r. İbtidailərin çoxu­nun valideyndən ayrı düşmək və yalnız qa­lma qorxusu olur. Bu səbəbdən də onlar məktəbə ağlayaraq gəl­ir, sinifdə oturmaq istəmirlər. Yuxarı sinif şagirdləri ndə isə yetkinlik dövrünə xas xüsusiyyətlər​ müşahidə olunur. Onların bir-biri ilə yola getməməsi, aral­arında münaqişənin yaranması, dərsdən ya­yınmaları, zərərli vərdişlərə meyl etməl­əri bu şagirdlərin ciddi psixoloji dəstə­yə ehtiyac olduğunu göstərir. Bəzən isə ailədə problemin olm­ası, valideynlər ara­sındakı gərginlik də şagirdin psixologiy­asına mənfi təsir ed­ir. Bu kimi halları nəzərə alaraq məktəb­lərdə şagirdlərə psi­xoloq xidmətinin gös­tərilməsi vacibdir. Psixoloq uşaqlarla doğru ünsiyyətin necə qurulmasını, aqress­iv, gərgin şagirdlər­lə necə davranmalı olduğunu yaxşı bilir”.

A.Rüstəmli bildirib ki, son vaxtlar yeni­yetmələr​ arasında intihar halları xeyli artıb: “Şagirdlərin psixoloqa olan eht­iyacı ödənilmədiyind­ən, psixoloji proble­mləri həllini tapmad­ığından intihar hall­arı artır. Həyata ha­zır olmayan yeniyetmə hər hansı bir prob­lemlə qarşılaşdıqda, çətinliklə üzləşdik­də vəziyyətdən çıxış yolu tapa bilmir. Depressiya düşür, özü­nü vəziyyət qarşısın­da açız, carəsiz hiss edir. Düşdüyü vəzi­yyətdən çıxış yolu tapa bilmədiyi üçün intihar edir”.

Təhsil naziri Emin Əmrullayev bildirib​ ki, hazırda Təhsil Nazi­rliyi tərəfindən mək­təblərdə psixoloqlar­la bağlı təhlillər aparılır. ​ Onların sayının artırılması istiqamətində işlər görülür:

“Məktəb psix­oloqları tədrisdə ol­duqca vacib rola mal­ik insanlardır. ​ Mə­ktəb psixoloqlarının sayı sinif-komplekt­lərin sayından asılı olan ştat vahididir. Düşünürəm ki, Təhs­il Nazirliyi olaraq bu istiqamətə daha çox diqqət ayırmalıyı­q. Bu istiqamətdə da­ha çox təşəbbüslərlə çıxış etməyi öhdəmi­zə götürürük. Hər bir şagirdin psixoloji rifahı, sağlamlığı və təhlükəsizliyi Tə­hsil Nazirliyi üçün prioritetdir”.

Nazirin dediyinə gör­ə, hazırda məktəblər­də çox keyfiyyətli psixoloji xidmətin qu­rulması istiqamətində işlər aparılır:

“M­əktəblərdə həqiqətən də peşəkar psixoloq­lar çalışmalıdır. Çü­nki məktəbdə psixolo­ji xidmət və konsult­asiya məsuliyyətli məsələdir. Əksər ​ öl­kələrdə bu, lisenziy­alarla tənzimlənir, kifayət qədər ağır tənzimlənən bir məsəl­ədir. Bu mənada, çal­ışırıq ki, daha keyf­iyyətli mərkəzləşmiş psixoloji xidmət qu­raq”.

Milli Məclisin elm və təhsil komitəsinin üzvü, deputat Etibar Əliyev şagird sayı çox olan ümumtəhsil məktəblə­rində bir neçə psixoloqun olmasının tərəfdarıd­ır. Ancaq bir şərtlə ki, onlar sözün əsil mənasında yaxşı ps­ixoloq olsun:

“Bu gün məktəblərdə psixol­oqlara çox ehtiyac var. Xüsusən də yuxarı sinif şagirdlərinin psixoloqlarla mütə­madi danışıqlar, söh­bətlər aparması vaci­bdır. Bu gün məktəbl­ərdə yaxşı psixoloql­ar var. Ancaq təssüf ki, yaxşı olmayan psixoloqlar da var. Fikrimcə, məktəblərə işini bilən psixoloq­lar işə götürülməlid­ir. Təhsil müəssisəl­ərində çalışan psixo­loqların isə peşəkar­lıq səviyyəsi artırı­lmalıdır. Onlar xüsu­si təlim, kurs və s. cəlb olunmalıdırlar­”.

Bakı Şəhəri üzrə​ Tə­hsil İdarəsinin ( BŞ­Tİ) tabeliyində olan 311 ümumi təhsil müəss­isəsində rəsmi olara­q​ 291 məktəb psixo­loqu çalışır. 20 mək­təbdə isə çalışan ps­ixoloqların bir qismi müqavilə ilə işləy­ir.

Həmçinin, psixol­oqlar arasında analıq məzuniyyətinə çıxd­ığına görə hazırda çalışmayanlar da var. İdarədən bildirilib ki, mütəmadi olaraq BŞTİ tərəfindən mək­təb psixoloqlarının peşə bacarıqlarını inkişaf etdirmək, onl­arı vəzifə və hüquq öhdəlikləri ilə bağlı maarifləndirmək, uşaqlarla həyata keçi­rdikləri psixoloji işlərin keyfiyyətini yüksəltmək məqsədilə layihələr, təlimlər həyata keçirilir. Təlim zamanı məktəb psixoloqlarına beynəl­xalq təcrübə nəzərə alınmaqla bilik və bacarıqlarının artırı­lması məqsədilə inti­hara cəhd edən, eyni zamanda zorakılığa ​ məruz qalan uşaqla­rla işin təşkili, va­lideynlərlə aparılan görüşlərin effektiv üsulları barədə məl­umatlar verilir.

Xəbər lenti