Logo

Bu gün Uşaqların Beynəlxalq Televiziya və Radio günüdür

11.12.2020 10:03 351 baxış
IMG

Hər il dekabrın 11-i Uşaqların Beynəlxalq Televiziya və Radio Günü kimi qeyd olunur. Ümummilli lider Heydər Əliyev tərəfindən 1998-ci il mayın 19-da imzalanan "Uşaq hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində deyilir: "Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir".

 

İnsanın uşaqlıq dövrü ən xoşbəxt dövrüdür. Uşaqlar bunu bəlkə də bilmirlər. Ancaq uşaqlıq dövrünü yaşamış, həyatın ağır və çətin illərini, eləcə də çox xoşbəxt günlərini yaşamış insanlar bunu yaxşı bilirlər. Azərbaycanda uşaqlara qayğı günü-gündən artır və artacaq.

 

Öz övladına qayğı göstərmək, təhsil vermək, övladını yüksək əxlaqi normalar səviyyəsində tərbiyələndirmək hər bir valideynin borcudur.

 

Fərəhlə demək olar ki, uşaq və gənclərə göstərilən diqqətin, qayğının daha da artırılmasında ölkə Prezidenti İlham Əliyevin xidməti böyükdür. Yeni məktəblərin tikilməsi, təmir olunması, idman komplekslərinin yaradılması buna əyani sübutdur.

 

Heydər Əliyev Fondunun prezidenti,UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın bu yolda gördüyü işlər xüsusi qeyd edilməlidir. Azərbaycanın ən ucqar dağ kəndində də  uşaqların təhsili üçün hər cür şəraiti olan təhsil ocaqlarının tikilməsi bu qayğının təzahürü kimi təqdir edilməlidir. Uşaqlar, gənclər müstəqil Azərbaycanın gələcəyidir.

Xəbər lenti