Çinin Şençjen şəhərində 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadası (IMChO) təşkil edilib.
Təhsil İnstitutundan "Tehsil.biz"ə bildirilib ki, milli komandamız uğurla iştirak edərək ölkəmizə 3 medal qazandırıb.
Bakı şəhəri, Kimya-biologiya təmayüllü respublika liseyinin X sinif şagirdləri Ümid Mustafazadə və Murad Xəlilzadə, Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin XI sinif şagirdi Nihad Hacızadə olmaqla ümumilikdə 3 şagird bürünc medal qazanıb.